...

Avropa Məhkəməsi Azərbaycan vətəndaşının iddiasına baxacaq

Cəmiyyət Materials 14 Noyabr 2006 14:12 (UTC +04:00)

Noyabrın 16-da İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan vətəndaşı, Bakı sakini, 1959-cu il təvəllüdlü Fəhmin Hacıyevin işinə baxacaq. Bu barədə Trend məhkəmənin məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, F.Hacıyev ölkənin müstəqilliyi uğrunda mübarizədə aparıcı rol oynamış Xalq Cəbhəsi siyasi hərəkatının fəalıdır. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman F.Hacıyev bir sıra yüksək hərbi vəzifələrdə çalışıb və 1993-cü ildə OMON-un komandiri olub.

F.Hacıyev Avropa Məhkəməsinə bəyan edib ki, 1993-cü ildə Xalq Cəbhəsi siyasi qüvvəsini itirdikdən sonra o həbs olunub. 1995-ci ilin avqustunda Ali Məhkəmənin Hərbi Palatası ona qətl cəhdi və digər cinayətlərə görə 10 il həbs cəzası kəsib. 1996-cı ilin iyununda məhkəmə onu Azərbaycanın Xocalı rayonun Ermənistan tərəfindən işğalı zamanı fəaliyyətsizlik ittihamı ilə mühakimə edib və 15 il həbs cəzası verib.

İddiaçı bildirib ki, 2 ildən sonra Apellyasiya məhkəməsi ona bildirib ki, yeni Cinayət-Prosessual Məcəllənin qəbul edilməsi ilə əlaqədar onlar məhbusun işinə baxa bilmir və Ali Məhkəməyə müraciət etməyi məsləhət görüblər. Nəticədə F.Hacıyev əfv olunaraq həbsdən azad edilib.

Xəbər lenti

Xəbər lenti