...

Şahin Sailov: Azərbaycan və Ermənistanın əsir, girov və itkin vətəndaşlarla bağlı dövlət qurumlarının görüşü keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2006 18:31 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın əsir, girov və itkin vətəndaşların taleyini araşdıran müvafiq dövlət qurumlarının görüşü keçiriləcək. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov məlumat verib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi ilə əvvəllər münasibətlərimiz o qədər ürək açan olmasa da, son vaxtlar bu münasibətlər müsbət hal alıb. Komitənin təşkilatçılığı ilə yaxın vaxtlarda Ermənistanın analoji komissiyası ilə sıx iş birliyimizin qurulması gözlənilir. Artıq BQXK nümayəndələri həm Ermənistanın, həm də Azərbaycanın itkin, əsir və girov düşənlərlə iş aparan qurumlarında görüşlər keçirərək bu məsələni müzakirə ediblər. Görüşdə tərəflər itkin, əsir və girovlarla bağlı siyahıları bir-birinə təqdim edəcək, həmin şəxslərin taleləri tərəflər arasında kökündən araşdırılacaq. O cümlədən dəfn olunan əsirlərin, girovların yerləri müəyyənləşdiriləcək" - deyə Ş.Sailov bildirib.

Xəbər lenti

Xəbər lenti