Cəmiyyətdə dinlər və irqlərarası düşmənçiliyin yaradılması cəhdləri yolverilməzdir. Trend -in məlumatına görə bu haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə öz nəşrlərində dinlərarası düşmənçiliyi yaratmağa cəhd etməsinə görə ittiham olunan "Sənət" qəzetinin baş redaktorunun məhkəmə hökmümə münasibətini bildirərkən söyləyib.
Şeyxülislam bəyan edib ki, bizim cəmiyyətdə bu hərəkətlərə yer yoxdur. Onun sözlərinə görə, bunlar xaricdən maliyyələşdirilən şəxslər ola bilər.
Şeyxülislam həmçinin Nardaran kəndinin dindar sakinlərindən ibarət qrupların guya şəriət məhkəməsinin qanunlarına müvafiq olaraq bu jurnalistləri ölüm hökmünə məhkum etmə kimi hərəkətlərinə də irad tutub. Qafqaz müsəlmanlarının dini liderinin sözlərinə görə, bu cür qərarlar ayrı-ayrı qruplar tərəfindən deyil, Qazılar Şurası səviyyəsində qəbul edilir.