Azərbaycanda elə dini icmalar var ki, Dini Qurumlarla İş üzrə Komitə yaranan gündən bu quruma müraciət etsələr də, qeydiyyat məsələlərinə baxılmayıb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib.
"Hazırda Komitə illərlə üst-üstə yığılmış müraciətlərə baxır, onları saf-çürük edir. Dövlət Komitəsi yeni yaranandan dərhal müraciət edən icmalar var ki, onların məsələsinə indiyədək baxılmayıb və araşdırma zamanı məlum olur ki, həmin icmaların əksəriyyəti hazırda ümumiyyətlə fəaliyyət göstərmir. Elə icmalar da var ki, ardıcıl fəaliyyət göstərmir və onların bir çoxunun sənədləri qaydasında deyil. Belə icmaların sayı 100-ə yaxındır, bu icmalarla bağlı sənədlər araşdırılır və qeydiyyata alınmaqla bağlı sənədində heç bir nöqsan olmayan icmalar qeydiyyata alınır" - deyə H.Orucov söyləyib.