...

Hakimiyyət orqanları aclıq elan etmiş jurnalistləri aksiyanı dayandırmağa çağırır

Cəmiyyət Materials 20 Noyabr 2006 17:02 (UTC +04:00)

"Biz aclıq elan etmiş jurnalistləri aksiyanı dayandırmağa və bu təzyiq üsulundan əl çəkməyə çağırırıq". Trend in xəbər verdiyi kimi, bu barədə Prezidentin İcra Aparatının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.

O hesab edir ki, bu, həmin məsələ ilə əlaqədar qəbul olunacaq qərarlara mənfi təsir göstərə bilər. Bu binada yerləşən qurumlar üçün yer ayrılıb və onlar bundan faydalana bilər.

Xatırladaq ki, "Azadlıq" qəzetinin nümayəndələri, müxalifətdəki Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, "Turan" agentliyi və Xaqani 33 ünvanında yerləşən digər qurumlar bu ərazidən çıxarılmalarına etiraz olaraq aclıq aksiyasını davam etdirir.

Xəbər lenti

Xəbər lenti