...

Nazim İbrahimov: "Hollandiyada müxalifətçi adı ilə saxta sənədlərlə sığınacaq almış azərbaycanlılar düşərgələrdə acınacaqlı vəziyyətdə yaşayırlar"

Cəmiyyət Materials 24 Noyabr 2006 15:23 (UTC +04:00)

"Hollandiyada yüzlərə azərbaycanlı erməni adı ilə siyasi sığınacaq alıb yaşayır. Həmçinin ermənilərlə də bağlı belə faktar var". Trend in məlumatına görə, bu barədə jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

Hollandiyaya səfəri barədən danışan Nazim İbrahimov qeyd edib ki, bir çox azəbaycanlıların orada sığınacaq alaraq acınacaqlı vəziyyətdə yaşadığını müşahidə edib: "Təəssuf ki, bir çoxları Azərbaycanda öz ev-eşiklərini buraxıb müxalifətçi adı ilə saxta sənədlər düzəldib Hollandiyada sığınacaq alırlar. Özü də Hollandiyanın ucqar yerlərində, düşərgələrdə acınacaqlı vəziyyətdə yaşayırlar. Müxalifət partiyalarının rəhbərləri özləri Azərbaycanda yaşayırlar, onlara heç kim dəyib-toxunmur, Hollandiyada sığınacaq almış şəxslərə burda kim toxunacaq? Onları bəzən Azərbaycan dövlətçiliyinin, iqtidarın əleyhinə danışmağa məcbur edirər"-deyə N.İbrahimov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, Hollandiyada keçirilmiş Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransında iştirak edən azərbaycanlılar Azərbaycan dövətçiliyini dəstəklədiklərini bildiriblər. N.İbrahimov müxalifətçi adı ilə Avropa ölkələrində sığınacaq almış azərbaycanlıları Azərbaycana qayıtmağa, gəlib burada normal şəraitdə yaşamağa çağırıb.

N.İbrahimovun sözlərinə görə, Hollandiyada bir qrup azərbaycanlı axşam yeməyinə yığışıblar və bura ADP sədri Rəsul Quliyevin gələcəyini gözləyirlərmiş: "Lakin Rəsul Quliyev gəlib çıxmayıb. Bizdə olan məlumata görə, bir qrup şəxs Rəsul Quliyevlə bir yerdə şəkil çəkdirib, tanış olub, onun sayəsində Hollandiyada yaşayışlarını təmin etmək istəyiblər. Lakin bu şəxsləri həm də aldadıblar ki, guya həmin məclisə Dövlət Komitəsinin, səfirliyin, diasporun nümayəndələri də gələcəklər".

Xəbər lenti

Xəbər lenti