...

Azərbaycan alimləri "Xaraziya" palçıq vulkanının püskürməsini tədqiq edir

Cəmiyyət Materials 24 Noyabr 2006 17:54 (UTC +04:00)

Bu günlərdə Bakı arxipelaqında adada yerləşən aktiv fəaliyyətdə olan "Xaraziya" palçıq vulkanı püskürüb. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, geoloji-mineroloji elmlər doktoru Adil Əliyevə istinadən Trend məlumat verir ki, bu vulkan Bakıdan cənub qərbə 50 km məsafədə yerləşir və Azərbaycanın ən böyük palçıq vulkanlarından biridir.

Burada sonuncu püskürmə 1997-ci ildə baş verib. Qeydə alınmış ilk püskürmə isə 1810-cu ildə olub.

Hazırda alim və mütəxəssislər sonuncu püskürməni tədqiq edirlər.

Xəbər lenti

Xəbər lenti