...

Çeçenistan köçkünləri Azərbaycan ərazisindən keçəcəklər

Cəmiyyət Materials 28 Noyabr 2006 13:03 (UTC +04:00)

Bu gün Çeçenistanı hərbi əməliyyatlar zamanı tərk etmiş və son illər Gürcüstanın Axmet rayonunun Pankissk dərəsində yaşayan 90-dan çox məcburi köçkün Azərbaycandan ərazisindən keçməklə, Azərbaycan-Rusiya sərhədi, sərhəd-buraxılış məntəqəsi istiqamətinə gedəcəklər. Trend İTAR-TASS və köçkünlərin olduğu avtobusu müşayiət edən RF Federal miqrasiya xidmətinin nümayəndəsinin məlumatına istinadən xəbər verir ki, bu gün səhər onlar bir neçə avtobusla Gürcüstandan yola düşüblər.

O qeyd edib ki, "Gürcüstandan Çeçenistana köçkün RF vətəndaşları gedir, onların hamısı RF və Gürcüstan nümayəndələrinin yardımı ilə könüllü surətdə qayıdırlar". Qayıdanların əksəriyyəti - qadın və uşaqlardır.

FMX-nin nümayəndəsi qeyd edib ki, razılaşmaya əsasən, Gürcüstan ərazisindən Azərbaycanla sərhəddə gedən avtobusları gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət edir. Qaçqın və onları müşayiət edən Rusiya nümayəndələrinin olduğu avtobuslar Gürcüstan-Azərbaycan sərhədinə gələcək, sonra onlar yollarını Azərbaycandan keçməklə davam etdirəcək, RF sərhədində onları Çeçenistan respublikası hökümətinin nümayəndələri qarşılayacaq.

Xəbər lenti

Xəbər lenti