Rusiya azərbaycanlılarının federal milli -mədəni muxtariyyatı dünən Moskvada Azərbaycanın tanınmış şair və mütəfəkkiri Şəhriyarın 100 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil edib. Gecədə İranın Rusiyadakı səfirliyinin nümayəndələri, İran və Azərbaycandan qonaqlar, eləcə də Rusiya ictimaiyyətinin və Moskvanın azərbaycanlı diaspor təşkilatlarının çoxsaylı nümayəndələri iştirak edib.
Tədbirin təşkilatçısı, "Azərros" Rusiya azərbaycanlıları FMMM-in prezidenti Söyün Sadıqov qeyd edib ki, 2000-ci ildə "Azərros"un nəzdində yaradılmış "Şəhriyar klubu" sayəsində Rusiya ictimaiyyətinin də diqqətini görkəmli şairin həyat və yaradıcılığına, onun zəngin irsinə cəlb etmək mümkün olur. Deyilənlərin sübutu olaraq tədbirdə iştirak edənlər üçün RF Dövlət Dumasının nümayəndəsi? RF Dövlət Dumasının millətlərlə iş üzrə Komitəsinin sədri cənab Trofimov adından cənab Sadıqova göndərilmiş məktubunu oxuyub.
Gecədə Şəhriyar haqqında film nümayiş etdirilb. Film musiqi və şairin özünün məşhur "Heydər Baba" poemasını oxuması ilə müşayiət olunub. Şəhriyarı Azərbaycan dilinə tərcümə etmiş Rüstəm Əliyevin xüsusi rolu və xidmətləri qeyd olunub və bununla bağlı gecədə iştirak edən mərhum Rüstəm Əliyevin xanımına xüsusi minnətdarlıq bildirilib.