...

Kəmaləddin Heydərov Ümumdünya Taekvondo Federasiyasının prezidentini qəbul edib

Cəmiyyət Materials 4 Dekabr 2006 17:18 (UTC +04:00)

Dekabrın 4-də Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Ümumdünya Taekvondo Federasiyasının vitse - prezidenti Kəmaləddin Heydərov ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Taekvondo Federasiyasının (ÜTF) prezidenti Çonq Van Çunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Azərbaycanın Taekvondo Federasiyasından məlumat verilib.

ÜTF prezidentinin respublikamıza yenidən səfərə gəlməsindən məmnunluğunu vurğulayan Kəmaləddin Heydərov, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına böyük önəm verdiyini, məhz dövlət başçısının xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycanda bu sahədə müsbət irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə danışan cənab Heydərov bildirib ki, hazırkı səfər onun başçılıq etdiyi Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası ilə əlaqələrinə müsbət təsir göstərəcək. Kəmaləddin Heydərovun sözlərinə görə, münasibətlər bundan sonra da inkişaf edərək möhkəmlənəcək. ÜTF vitse-prezidenti Azərbaycan hökuməti və onun timsalında Gənclər və İdman Nazirliyi taekvondonun ölkəmizdə populyarlaşmasına xüsusi önəm verir.

Çonq Van Çu Azərbaycanda taekvondonun inkişafı üçün yaradılan şəraitdən razılıqla danışıb. O, son zamanlar Azərbaycan idmançılarının taekvondo üzrə keçirilən beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Çonq Van Çunun sözlərinə görə, taekvondonun Azərbaycanda qısa muddət ərzində yayılmasına baxmayaraq, taekvondo şərq əlbəyaxa döyüş növləri arasında liderlik edir.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti