...

Hacı Məmmədovun məhkəməsində prokurorlar banda üzvlərinə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyini bildiriblər

Cəmiyyət Materials 5 Dekabr 2006 14:39 (UTC +04:00)

Dekabrın 5-də Hacı Məmmədovun məhkəməsində ittiham çıxışı edən prokurorlar banda üzvlərinə qarşı irəli sürülən ittihamların məhkəmədə sübuta yetirildiyini bildiriblər. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Günün birinci yarısı prokurorlar Bəşir Səfərov və Abdulla Yusifov ibtidai istintaqın yekunlaşdığını bildirərək, ittiham çıxışlarına başlayıblar. Prokuror B.Cəfərov çıxışında bildirib ki, təqsirləndirilən şəxslərdən Zakir Nəsirov, Nişat İsmaylov, Elşən Mirzəyev və İbrahim Bağırov irəli sürülən ittihamlar üzrə nə ibtidai istintaqda, nə də məhkəmədə özlərini təqsirli bilməyiblər. Banda başçısı H.Məmmədov isə məhkəmə ifadəsində Afaq Məlikovanın evinə basqın və Zakir Nəsirova rüşvət şəklində villa bağışlaması ittihamlarını rədd edib, digər çoxsaylı epizodları isə etiraf edib.

Dövlət ittiamçısı çıxışında qeyd edib ki, təqsirləndirilən şəxslər bəzi epizodlar üzrə özlərini təqsirli bilməsələr də, irəli sürülmüş ittihamlar məhkəmə yolu ilə tam sübuta yetirilib.

Sonra dövlət ittiamçıları epizodlar üzrə çıxışlarını davam etdiriblər. Fasilədən sonra iclas bu çıxışlarla davam edəcək, günün sonunda isə dövlət ittihamçıları məhkəmədən təqsirləndirilən şəxslərə cəza tələb edəcəklər.

Xəbər lenti

Xəbər lenti