...

Moskvada 4 dekabr azərbaycanlı gənclərin piketinin təşkilatçıları təqsirli biliniblər

Cəmiyyət Materials 7 Dekabr 2006 13:36 (UTC +04:00)

Moskvada dekabrın 4-də "Qolosa Artsaxa" qrupunun konsertinin keçirildiyi Moskva Beynəlxalq Musiqi Evinin yanında keçirilmiş azərbaycanlı gənclərin piketinin təşkilatçısı, Qarabağ beynəlxalq fondunun prezidenti Roman Ağayev inzibati hüquq pozuntusunun törədilməsində təqsirli bilinib. Trend xəbər verir ki, beynəlxalq hakim Y.V.Volçkovanın çıxardığı qətnamədə deyilir: "Ağayev Roman Mətləb oğlu RF İnzibati xətalar məcəlləsinin 20.2 maddəsinin 2-ci hissəsinə əsasən inzibati hüquq pozuntusunun törədilməsində təqsirli bilinsin (icazəsiz piketin təşkili və keçirilməsi) və ona dair əmək haqqının minimal həcminin 20 misli həcmində, yəni 2000 rubl inzibati cərimə şəklində cəza təyin olunsun".

R.Ağayevdən başqa Azərbaycan gəncləri Koordinasiya şurasının (AGKŞ) lideri Səyavuş Məmmədov və 18 yaşlı tələbə Orxan Şərifovun da işinə baxılıb və onlara da icazəsiz piketdə iştiraka görə həmin maddənin I hissəsinə əsasən inzibati cərimə təyin olunub.

R.Ağayev bildirib ki, məhkəmənin, onun fikrincə, qeyri-obyektiv qərarından apelyasiya şikayəti vermək niyyətindədir. O qeyd edib ki, qərarın qeyri-obyektivliyi hakimin azərbaycanlı gənclərin erməni təxribatına qarşı etirazda iştirak etməsinin səbəblərini, bir sıra qurum və şəxslərin RF ali rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünə dair rəsmi mövqeyinə hörmətsiz yanaşmanı, "DQR" separatçı rejim nümayəndələri üçün tribuna və ya səhnənin verilməsinin qeyri-qanuniliyini başa düşməməsi və ya başa düşmək istəməməsindən ibarətdir. R.Ağayev məhkəmə iclası zamanı özünü taqsirli bilməyərək bildirib ki, piketin icazəsiz olması barədə məsələnin qoyuluşu ilə kökündən razı deyil.

Digər müttəhim, AGKŞ -nin lideri Səyavuş Məmmədov ifadə verərkən Azərbaycan tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin reallıqları və nəticələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında 40 dəqiqəlik mühazirə oxumalı olub. Volçkovanın tarixçi olduğunu etiraf etdiyini nəzərə alsaq, bu fakt müttəhimləri təəccübləndirməyə bilməzdi. "Tarixçi" Volçkova "başıbəlalı" erməni xalqının müdafiəçisi kimi çıxış edib, Ararat və Nuhun gəmisi haqqında erməni nağılları silsiləsindən sonra səmimi qəlbdən etiraf edib ki, onun ən yaxın qohumu ermənidir.

R.Ağayev Azərbaycanın Rusiyadakı səfirliyinin məhkəmənin çıxardığı qərara reaksiyasının olmadığına təəccübləndiyini bildirib. Onun sözlərinə görə, lap əvvəldən səfirlik inandırırdı ki, "Qolosa Artsaxa" qrupunun konserti olmayacaq və biletlər satışdan çıxarılıb, halbuki AGKŞ-nin fəalları son günlər həmin biletlərdən alıb. Piket iştirakçıları təəssüflə bildirirlər ki, azərbaycanlı diplomatlar, eləcə də diaspor təşkilatlarının üzvləri bir neçə saat milis şöbəsində saxlanmış şəxslərin taleyi ilə maraqlanmayıb, eləcə də məhkəmə dinləmələrində iştirak etməyiblər. Moskvada işləyən azərbaycanlı jurnalistlər və həmyerlilərimiz AGKŞ fəallarına böyük mənəvi dəstək göstəriblər.

Bununla yanaşı, dekabrın 4-də "Qolosa Artsaxa"nın konsertində qondarma "DQR"-dən kollektiv təmsil olunub və Azərbaycan üzərində "qələbə"nin hərbi kadrları və digər kadrlar nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti