...

Nazir : "Yaxın vaxtlarda mədəniyyətin inkişafı ilə bağlı Azərbaycan milli konsepsiyasının təsdiqi gözlənilir"

Cəmiyyət Materials 8 Dekabr 2006 15:32 (UTC +04:00)

Yaxın vaxtlarda mədəniyyətin inkişafına dair Azərbaycan milli konsepsiyasının təsdiqi gözlənilir. Trendin xəbər verdiyinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də mətbuat konfransında deyib.

Sənəd mədəniyyətin bütün sahələrini əhatə edir və yenidənqurma, maddi-texniki bazanın yaxşılaşdırılması, islahat işlərinə yönəlib. Nazirin sözlərinə görə, bu gün bu sahədə köhnə idarə üsulları mövcuddur və stuktur islahatlarının aparılması vacibdir.

Nazirliyin son 10 aydakı fəaliyyəti ilə bağlı Ə. Qarayev qeyd edib ki, bu müddət ərzində xeyli iş görülüb, üç paytaxt teatrının - Rus Dram, Gənc Tamaşaçılar və Kukla teatrlarnın təmir işləri başlanıb, gələn ildən isə, Opera və Balet teatrı, Akademik Milli Dram Teatrı, Heydər Əliyev adına Saray və İncəsənət muzeyi təmirə bağlanacaq. Nazirlik həmçinin Milli parkın, Xalçaçılıq muzeyinin və Nizami kinoteatının rekonstruksiya işlərini planlaşdırır.

Nazirin sözlərinə görə, yeni ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin muzey işi, kitabxana işi, mədəni irsin bərpası və turizmin inkişafı barədə hazırladığı dörd dövlət proqramının təsdiqi gözlənilir.

Xəbər lenti

Xəbər lenti