...

Təbiətin mühafizəsi dünya birliyi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Cəmiyyət Materials 18 Dekabr 2006 21:05 (UTC +04:00)

Təbiətin mühafizəsi dünya birliyi Azərbaycanın işğal olunmuş ərazilərində biomüxtəliflik monitorinqi keçirmək niyyətini bəyan edib. Azərbaycan Ekologiya və təbii sərvətlər nazirliyindən Trend ə verilən xəbərə görə, bu günlərdə bu təşkilatdan cavab alınıb.

Yazılı cavabda qeyd olunur ki, təşkilat Ekologiya nazirliyinin üzvlük barədə təklifini müsbət qarşılayır və bu əməkdaşlıq Cənubi Qafqazın təbii sərvətlərinin davamlı istifadəsini təmin edir. Məktubda həmçinin qeyd olunur ki, təşkilatın fəaliyyətinin prioritet istiqamətləri həyat şəraitinin, biomüxtəlifliyin bütün növlərinin, ekosistemin ekspertizası məqsədilə monitorinqlər keçirməkdir. Buna əlavə olaraq Birlik Cənubi Qafqazda proqramm ofisi yaratmaq, biomüxtəliflik monitorinqinin və prioritetlərin müəyyənləşdirilməsini daxil edir. Başqa bir nəzərdə tutulmuş planda isə, Azərbaycan höküməti ilə birgə regionun başqa ölkələrinə kömək göstərmək, həmçinin biomüxtəliflik monitorinqi üzrə iş aparmaq göstərilir. Birlik üçün əsas məsələ münaqişə zonalarında (Abxaziya, Cənubi Osetiya və Qarabağ) biomüxtəliflik monitorinqi sisteminin olmaması və bu bölgələrdə ətraf mühitin balansının pozulması hesabatının olmamasıdır. Birlik bu istiqamətdə Azərbaycanla uğurlu əməkdaşlığa ümid edir və bundan ötrü qısa müddət ərzində Ekologiya nazirliyi ilə Avropa regional şöbəsinin regional direktoru Tamaş Marqesku əlaqə saxlayacaq. Təbiətin mühafizəsi dünya birliyi planetin rəngarəngliyinin qorunması probleminin işıqlandırılması ilə məşğul olan beynəlxalq qeyri kommersiya təşkilatıdır ki, xəbərlər yayır, müxtəlif ölkələrdə konqreslər keçirir, planetin müxtəlif bölgələrində xüsusi mühafizəyə ehtiyacı olan növləri siyahıya alır. Təşkilatın BMT-nin Baş Assambleyası yanında müşahidəçi statusu var. Təşkilat 1948-ci ildə təşkil olunub, onun mənzil ştabı İsveçrənin Qland şəhərindədir. Birlik 82 dövləti, 111 hökümət idarəsini,800-dən çox qeyri hökümət təşkilatını və 181 ölkədən 10 minə yaxın alim və eksperti birləşdirir.

Xəbər lenti

Xəbər lenti