...

Azərbaycan futzal federasiyası yığma üçün baş məşqçi axtarışındadır

Cəmiyyət Materials 20 Dekabr 2006 15:13 (UTC +04:00)

Azərbaycan futzal federasiysı ölkə yığması üçün baş məşqçi axtarışı ilə məşğuldur, hələ heç bir uğur əldə olunmayıb.

Trend ə məlum olub ki, komandadan Elman Ələkbərov getdikdən sonra federasiya rəhbərliyi boşalmış yeri rusiyalı mütəxəssis Arkadiy Belıya təklif edib. Lakin UEFA kubokunda "Araz"a rəhbərlik etmiş məşqçi təklifi qəbul etməyərək federasiyanı çətin vəziyyətdə qoyub. Belə ki, komanda Eyndxovendə keçirilən Avropa çempionatının seçmə turnirində çıxış ərəfəsindədir, burada onların rəqibləri hollandiyalılar və serbiyalılar olacaq.

Bu vəziyyətdə kollektivə rəhbərliyi hələ ki "Araz"ın prezidenti Zaur Axunov üzərinə götürüb, bu klub yığmanın baza klubu sayılır.

Xəbər lenti

Xəbər lenti