...

Tbilisi aeroportunda Rusiyadan deportasiya olunmuş iki azərbaycanlı saxlanılıb

Cəmiyyət Materials 25 Dekabr 2006 12:15 (UTC +04:00)

Rusiyadan deportasiya olunmuş iki Gürcüstan vətəndaşı Tbilisi aeroportunun neytral zonasında saxlanılıb. Gürcüstan sərhəd porlisindən Trend ə bildiriblər ki, onların üstündə şəxsiyyəti təsdiq edən heç bir sənəd olmayıb.

Azərbaycan mənşəli bu Gürcüstan vətəndaşlarında əsasən pasport, şəxsiyyət vəsiqləri yoxdur. Onların Rusiyadan deportasiya edildiyi tək əsas sovet pasportlarının surətləri olub. Sərhəd idarəsindən bildiriblər ki, hazırda neytral zonada yerləşən vətəndaşların identifikasiya proseduru aparılır. Şəxsiyyətləri təsdiq edildikdən sonra onlar sərbəst buraxılacaqlar. Deportasiya olunmuşlar isə yaxınlarının sənəd gətirməsini gözləyir.

Həmin şəxslər neytral zonada artıq iki gündür ki, saxlanılır. Əgər sənədləri gətirilməsə, onlar rəsmi sənəd almaq üçün Gürcüstanın Ədliyyə Nazhirliyinə müraciət etməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti