...

"Səhiyyə günləri" çərçivəsində yeni obyektlər istismara verilib

Cəmiyyət Materials 26 Dekabr 2006 16:55 (UTC +04:00)

Dekabrın 16-dan 31-dək keçirilən "Səhiyyə günləri" çərçivəsində bu gün təmirdən sonra Məhkəmə - tibbi ekspertiza poliklinikasının və 1 saylı uşaq poliklinikasının açılışı olub.

Trend Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, poliklinikaların açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

O, Məhkəmə -tibbi ekspertizası poliklinikasında olub və yeni avadanlıqlarla - kompüter texnikası, cəsədlərin uzaq məsafəyə aparılması üçün xüsusi laboratoriya maşınları, soyuducular, rentgen-aparatlar, mikroskoplar, ölçü alətləri, fotoaparat, reaktivlər, həmçinin 3 təcili yardım maşını, 2 tibb maşını ilə tanış olub.

Nazir vurğulayıb ki, məhkəmə-tibbi ekspertiza poliklinikasında görülən işlərdən razıdır.

Sonra nazir uşaq poliklinikasında olub, orada təmir işlərinə aprel ayında başlanılıb. O bildirib ki, bir neçə gündən sonra Bərdədə 3 saylı uşaq poliklinikası, eləcə də bir neçə şəhər poliklinikaları istismara veriləcək.

Uşaq xəstəxanasının açılışında həmçinin Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova və Respublika uşaq təşkilatının sədri, MM-in deputatı Gülər Əhmədova iştirak edib.

Xəbər lenti

Xəbər lenti