...

ÜAK-ın direktor müavini: "Ümumrusiya Azərbaycanlıları Konqresi və yerli təşkilatları Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir"

Cəmiyyət Materials 27 Dekabr 2006 17:28 (UTC +04:00)

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) və onun yerli təşkilatları Rusiyanın bütün regionlarında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbirlər keçirir. Bu barədə Trend ə ÜAK-ın İcra Aparatı direktorunun birinci müavini Gündüz Həmzəyev məlumat verib.

Onun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlılar həmrəylik gününü müxtəlif formada qeyd edir, konsertlər, dəyirmi masalar, konfranslar təşkil edirlər: "Dekabrın 20-də Konqresin bütün regional təşkilatlarının rəhbərlərinin, dekabrın 26-da isə Rəyasət Heyətinin toplantısı olub. Tədbirlərdə həmrəylik günü qeyd olunub, məruzələr dinlənilib. Rəyasət Heyətinin topantısında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Qurban bayramı və yeni il bayramı münasibəti ilə təbriklər səslənib. Bundan sonra bayram yerlərdə camaatla birgə keçiriləcək"-deyə G.Həmzəyev qeyd edib.

Onun sözlərinə görə, Rəyasət Heyətinin toplantısında Konqresin 2006-cı ildəki fəaliyyətilə bağlı Mərkəzi Aparatın hesabatı dinlənilib. Həmçinin ÜAK-ın ayrı-ayrı sahələr üzrə komitələrinin işi, "Azərbaycan Konqresi" qəzetinin fəaliyyəti barədə hesabat məruzələri olub, gələn ilki fəaliyyət barədə müzakirələr aparılıb. Rusiyada yaşayan azərbaycanlıların qeydiyyatının leqallaşdırılması ilə də bağlı müzakirələr aparılıb. G.Həmzəyevin sözlərinə görə, Rusiyanın regionlarında qərargahlar yaradılıb, Əhalinin Sosial Müdaifə Nazirliyi ilə birgə işlər görülür: "Miqrasiya ilə bağlı Azərbaycan dilində məlumat kitabçaları çap olunacaq, qatarlarda, təyyarələrdə soydaşlarımıza paylanılacaq ki, onlar hər hansı problemlərlə üzləşəndə kömək üçün hara müraciət edəcəklərini bilsinlər".

Xəbər lenti

Xəbər lenti