...

Rusiyada yaradılmış operativ qərargah və "qaynar xətt"lər bayram günləri də daxil olmaqla fasiləsiz işləyəcək

Cəmiyyət Materials 28 Dekabr 2006 13:49 (UTC +04:00)

Rusiyada yaşayan azərbaycanlıların miqrasiya problemlərinin həllinə yardım məqsədilə yaradılmış operativ qərargahlar və "qaynar xətt"lər bayram günləri də daxil olmaqla fasiləsiz işləyəcəklər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov məlumat verib.

O bildirib ki, paytaxt Moskvada və Rusiyanın bütün federal dairələrində qərargahlar yaradılıb. Ş.Səlimovun sözlərinə görə, Moskvadakı qərargaha soydaşlarımız tərəfindən cəmi 10-15 müraciət daxil olub. Komitə rəsmisinin bildirdiyinə görə, Rusiyada qeydiyyatsız yaşayan xarici ölkə vətəndaşlarının ölkədən çıxarılması, ticarət fəaliyyətlərinin məhdudlaşdırılması barədə yeni qanun qüvvəyə mindikdən sonra, yəni artıq yeni ilin əvvəlində azərbaycanlılar kütləvi şəkildə problemlə üzləşməyəcəklər: "Moskvadakı qərargaha kütləvi şəkildə müraciət edənlər yoxdur. Edənlərin də əksəriyyətinin sənədləri qaydasındadır. Rusiya vətəndaşı olan azərbaycanlılar üçün ümumiyyətlə problem yaranmayacaq. Rusiyanın federal dairələrində yaradılmış qərargahlara və "qaynar xətt"lərə isə hələ ki, müraciət daxil olmayıb. Rusiyanın regionlarındakı soydaşlarımızın əksəriyyəti çoxdan orada yaşayanlar olduğu üçün sənədləri də qaydasındadır. Daha çox Rusiyanın mərkəzi şəhərlərinə axın olur və qeydiyyatsız yaşayan, işləyənlər də burada çoxluq təşk
il edir".

Ş.Səlimov əlavə edib ki, Dövlət Komitəsində, həmçinin Rusiyada yaradılmış qərargahlar fasiləsiz işləyəcək və bayram günləri də (dekabrın 31-dən yanvarın 11-dək) fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti