Əfv Komissiyası öz işini müntəzəm olaraq davam etdirir. Lakin əfv fərmanının imzalanması prezidentin səlahiyyətindədir. Bu sözləri Trend ə açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova deyib. Yaxın vaxtlarda əfv fərmaının imzalanacağına gəlincə, M.Həsənova əlavə edib ki, bu haqda konkret məlumata malik deyil.
Əfv Komissiyasına xeyli sayda müraciətlərin daxil olduğunu deyən millət vəkili vurğulayıb ki, prezident İlham Əliyevin imzaladığı sonuncu əfv fərmanından sonra onun özünə 30- yaxın belə müraciət olub.
Qeyd edək ki, millət vəkili Məlahət Həsənova dekabrın 30-da Müdafiə Nazirliyinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən hərbi hosbitalında müalicə olunan əsgərlərə bayram sovqatı aparacaq.
"Hesab edirəm ki, bayram günlərində qayğıya ehtiyacı olan insanlara baş çəkməliyik. Biz millət vəkiləri olaraq hərbi hissələrə tez-tez gedirik. Çünki ordu quruculuğunda hər birimizin böyük məhsuliyyəti var" - deyə millət vəkili əlavə edib.