...

Dövlət Komitəsinin şöbə müdiri: "Rusiyada miqrantlarla bağlı sərəncama edilən dəyişiklik dövlət qurumlarının işini asanlaşdırmaq məqsədi güdür"

Cəmiyyət Materials 9 Yanvar 2007 17:57 (UTC +04:00)

"Rusiyada qeyri-leqal yaşayan miqrantlarla bağlı prezident sərəncamına edilən dəyişiklik dövlət qurumlarının işini asanlaşdırmaq məqsədi güdür". Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbə müdiri Şakir Səlimov açıqlama verib.

Qeyd edək ki, Rusiya prezidenti V.Putinin ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların çıxarılması və ticarət fəaliyyətlərinin məhdudlaşdırılmasına dair sərəncamına bəzi dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Rusiya ərazisində ticarətlə məşğul olan miqrantlar hansı vilayətdə ticarət üçün icazə alıbsa, yalnız orada fəaliyyət göstərə bilər. Başqa vilayətlərdə, şəhərlərdə ticarətlə məşğul olmaları artıq qadağan edilir. Ş.Səlimovun sözlərinə görə, Rusiya hökuməti bu qərarı dövlət qurumlarının işini asanlaşdırmaq üçün qəbul edib. Belə ki, hər bir vətəndaşın harada qeydiyyata düşübsə, orada da nəzarət altında olması, hansısa zərurət yaranarsa, daha tez tapılması asanlaşır.

Komitə nümayəndəsi onu da deyib ki, hazıra Rusiyadan deportsiya edilən Azərbaycan vətəndaşı yoxdur. O, Moskvada yaradılmış qərargahla mütəmadi əlaqə saxladıqlarını, hazırda Rusiyada iş günü olmadığından soydaşlarımızla bağlı problemlərin müşahidə edilmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti