...

Məhəmməd Peyğəmbəri təhqir etməkdə təqsirləndirilənlərin istintaq müddəti 2 ay müddətinə uzadılıb

Cəmiyyət Materials 11 Yanvar 2007 12:10 (UTC +04:00)

Məhəmməd Peygəmbər barədə təhqiramiz ifadələr yazmaqda təqsirləndirilən puplisist Rafiq Tağı ilə yazının dərc edildiyi "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun istintaq müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə uzadılıb. Bu barədə Trend ə Nəsimi rayon Məhkəməsindən məlumat verilib.

Məhkəmənin hakimi Gülnarə Tağızadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında müəyyən edilib ki, həbsdə olan Rafiq Tağı və Samir Sədaqətoğlunun cinayət işi üzrə qanunla nəzərdə tutulmuş istintaq müddəti başa çatsa da istintaqda bəzi məqamlar hələ tam araşdırılmayıb. Odur ki, hakim istintaq müddətinin daha iki ay müddətinə uzadılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Rafiq Tağı "Sənət" qəzetinin 2 noyabr 2006-cı il tarixli sayında "Avropa və biz" yazısı dərc etdirib. Yazıda Məhəmməd peyğəmbər haqda səslənən fikirlər dindarların etirazına səbəb olub. R.Tağı və qəzetin baş redaktoru S.Sədaqətoğlu barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı alaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) cinayət işi başlanıb və onların hər ikisi həbs edilib.

Xəbər lenti

Xəbər lenti