...

Dövlət Komitəsi Rusiyada yaradılmış qərargahları texniki avadanlıqlarla təchiz edəcək

Cəmiyyət Materials 15 Yanvar 2007 12:35 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Rusiya Federasiyasında yaşayan azərbaycanlıların qeydiyyat məsələsi ilə bağlı yaranacaq problemlərlə əlaqədar bu ölkəyə ezamiyyətə göndəriləcəklər. Bu barədə Trend ə Dövlət Komitəsinin Rusiya üzrə şöbəsinin müdiri Şakir Səlimov məlumat verib.

O bildirib ki, azərbaycanlıların miqrasiya problemlərinin həllinə yardım məqsədilə Rusiyanın 7 federal dairəsinin əksər vilayətlərində qərargahlar yaradılıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun tapşırığı ilə bu qərargahların kompüter və digər texniki avadanlıqlarla təchiz olunması üçün qurumun əməkdaşları Rusiyaya ezam olunacaqlar.

Ş.Səlimovun sözlərinə görə, Moskva şəhərində yaradılmış mərkəzi qərargaha müraciət edənlərin əksəriyyəti mövcud vəziyyətlə və ştabın fəaliyyəti ilə maraqlanırlar. Bəzi soydaşlarımız sadəcə dəqiqləşdirmə aparmaq üçün qərargaha gələrək sənədlərini göstərir, məsləhətlər alırlar. Komitə nümayəndəsinin sözlərinə görə, Rusiyada miqrasiya ilə bağlı yeni qanunun icrasına bu gündən başlansa da, azərbaycanlıların kütləvi şəkildə deporasiya edilməsi faktı yoxdur: "Çox az sayda azərbaycanlının deportasiyası ola bilər. Amma kütəlvi şəkildə çıxarılma halları yoxdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi yaddaş kitabçaları hazırlanıb. Bu kitabçalar Nəqliyyat Nazirliyi tərəfindən azərbaycanlıların sıx olduqları yerlərdə - sərhəd-keçid məntəqələrində, təyyarələrdə, vağzallarda paylanacaq. Yaddaş kitabçalarında deportasiya, həmçinin Rusiyaya buraxılmamaq təhlükəsi ilə üzləşən azərbaycanlıların hara müraciət etməli, miqrasiya vərəqəsi
ni necə doldurmalı olduğu, səfərin səbəblərini göstərməsi və başqa mühüm prosedurlar göstərilib.

Qeyd edək ki, görülən işlər prezident İlham Əliyevin "Rusiyada Federasiyası ərazisində ticarətlə məşğul oan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" 22 noyabr 2006-cı il tarixli sərəncamından irəli gələn tədbirlərdir.

Xəbər lenti

Xəbər lenti