...

Azərbaycanın taekvando üzrə qadınlardan ibarət yığmasını koreyalı məşqçi hazırlayacaq

Cəmiyyət Materials 15 Yanvar 2007 13:12 (UTC +04:00)

Azərbaycanın taekvando üzrə qadınlardan ibarət yığmasını bu ilin yerli turnirlərinə koreyalı məşqçi Yanq Yenq Yen hazırlayacaq.

Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi xəbərə görə, Azərbaycan tərəfi Ümumdünya Federasiyasındakı (WTF) həmkarlarına ixtisaslaşdırılmış məşqçinin axtarışı mövzusunda ərizə ilə müraciət edib. "Buna cavab olaraq, WTF Yanq Yenq Yeni Bakıya göndərib və biz ona böyük ümidlər bəsləyirik. Sirr deyil ki, bizim qadınlardan ibarət komandamız öz səviyyəsinə görə kişi komandasından geridə qalır və koreyalı məşqçi Pekində keçiriləcək dünya çempionatının və Mançesterdə keçiriləcək lisenziya turniri ərəfəsində bizim idmançı qadınlarımızın ümumi səviyyəsini qaldırmağa çalışacaq", - deyə F.Musayev vurğulayıb.

Qeyd etmək lazımdır ki, Yanq Yenq Yen vaxtilə Asiya Oyunlarının qalibi olub, eləcə də Dünya Kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti