...

TQDK sədri: Ödənişli təhsil almaq istəyənlərin sayının artması Azərbaycanın yüksək iqtisadi inkişafından xəbər verir

Cəmiyyət Materials 15 Yanvar 2007 18:15 (UTC +04:00)

Azərbaycanda ödənişli təhsil almaq istəyənlərin sayının artması ölkənin yüksək iqtisadi inkişafından xəbər verir. Trend in xəbərinə görə, bu sözləri yanvarın 15-də 2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş Bakı üzrə zona müşavirəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib.

TQDK sədri bildirib ki, bu göstərici xüsusilə son tədris ilində diqqəti çəkib. Belə ki, sənəd vermiş 103 min abituriyentdən 90 mini ödənişli təhsil formasını qeyd edib.

TQDK sədri eyni zamanda özəl ali məktəblərə sənəd verənlərin sayının aşağı faiz təşkil etməsini həmin məktəblərin kontingentinin hələ də formalaşmaması ilə əlaqələndirib.

TQDK sədri orta məktəblərdəki təhsilin səviyyəsinin aşağı olmasına da toxunub və qeyd edib ki, ali məktəblərə qəbul üzrə test imtahanlarında bu nöqsan xüsusilə özünü biruzə verir. M.Abbaszadə zonalar arasında Bakı şəhəri üzrə orta məktəblərdəki təhsilin daha aşağı olduğunu önə çəkib.

Onun fikrincə, orta məktəb məzunlarının attestatlarına qeyd olunan bilik qiyməti ilə onların ali məktəbə daxil olmaq üçün iştirak etdikləri test imtahanında göstərdikləri bilik səviyyəsi əksər hallarda üst-üstə düşmür. Bu da fikirləşməyə əsas verir ki, həmin qiymətlər orta məktəb məzunlarının attestatlarına müəyyən münasibətlər zəminində yazılır.

Xəbər lenti

Xəbər lenti