...

Teymur Rəcəbov Veyk-An-Zeyedə keçirilən turnirdə qalib gəlməkdə davam edir

Cəmiyyət Materials 19 Yanvar 2007 12:58 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Veyk-An-Zeyedəki superturnirdə fantastik oyun nümayiş etdirməkdə davam edir.

Trend xəbər verir ki, beşinci turda şahmatçı qara fiqurlarla çex David Navaraya qalib gəlib. Əvvəlcə rəqibin hiss olunacaq dərəcədə üstünlük əldə etməsinə baxmayaraq, istisna olunmur ki, o, lider qarşısında çaşıb və tezliklə çexin mövqeyi kartdan olan ev kimi dağılıb. Bu qələbədən sonra Teymur mümkün beş xaldan 4,5 xal yığaraq, öz təkbaşına liderliyini möhkəmləndirib. Bu zaman onu təqib edən Veselin Topalov hollandiyalı Sergey Tivyakovla qarşılaşmada 0,5 xal itirib və indi T.Rəcəbovdan bir bal geridədir.

Qeyd etmək lazımdır ki, hindistanlı Vişvanatan Anandın da aktivində 3,5 xal var.

Xəbər lenti

Xəbər lenti