...

İstanbulda Əzizə Mustafazadənin konserti keçiriləcək

Cəmiyyət Materials 23 Yanvar 2007 12:01 (UTC +04:00)

Bu il fevralın 23-də İstanbulda Lütfi Kirdar adına Beynəlxalq konqres salonunda ümumdünya şöhrətli azərbaycanlı pianoçu və vokalçı Əzizə Mustafazadənin konserti keçiriləcək. Bu barədə Trend in Ankara müxbiri xəbər verir.

Yerli şərhçilər onu "Caz şahzadəsi" adlandırır və qeyd edirlər ki, Əzizə Müstafazadə hələ 17 yaşında olarkən Vaşinqtonda "Thelonious Monk" mükafatını qazınıb.

Hazırda türkiyəli cazsevərlər onun 9 albomda birləşmiş əsərləri ilə tanış olmaq imkanı qazanıblar. Əzizə Mustafazadənin "Kontrast" adlı albomu türk dinləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti