...

Çexiyada Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 31 Yanvar 2007 18:39 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Çexiyada fəaliyyət göstərən "Azəri-Çex" cəmiyyətinin təşəbbüsü ilə bu il fevral ayının 26-dan başlayaraq Çexiya Respublikasının Liditse şəhərindəki "Liditse" xatirə kompleksində Xocalı faciəsinin 15-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İki ay davam edəcək tədbirlər planına əsasən, Xocalı faciəsi ilə bağlı rəsm və fotosərgilər, elmi seminarlar, film nümayişi, faciənin canlı şahidləri ilə görüşlər və diskussiyaların təşkili nəzərdə tutulub. Bu tədbir ərəfəsində Praqanın Iaçlav meydanında qurulacaq çadırda Xocalı faciəsini əks etdirən foto şəkillərin və video filmlərin nümayişi, həmçinin Xocalı haqqında kitab, buklet və ICD-lərin paylanması və beynəlxalq təşkilatlara ünvanlanacaq petisiya üçün imzaların toplanması planlaşdırılır. Sözügedən tədbir "Azəri-Çex" cəmiyyəti ilə Liditse xatirə kompleksinin inzibati rəhbərliyi arasında imzalanmış əməkdaşlıq sazişinə uyğun olaraq həyata keçiriləcək. Həmin sazişə əsasən 26 fevral 2007-ci ildə xatirə kompleksində Xocalı faciəsinin 15-ci ildönümü, 2007-ci il mart ayının 26-da isə Bakı şəhərində Liditse faciəsinin anım mərasiminin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti