...

Reytinq döyüşündə peşəkar boksçu Elçin Nağıyevin rəqibi hələ müəyyən olunmayıb

Cəmiyyət Materials 1 Fevral 2007 15:55 (UTC +04:00)

Fevralın 10-da Sankt-Peterburqda keçiriləcək Peşəkar bok axşamındakı reytinq döyüşündə Azərbaycanın peşəkar boksçusu Elçin Nağıyevin rəqibi hələ müəyyən olunmayıb.

Trend xəbər verir ki, tədbirin təşkili ilə məşğul olan "Yaqupov və Co" promouter şirkəti hələ yerli döyüşçü ilə döyüşəcək namizədi müəyyən etməyib. Yalnız Elçinin yarımorta çəkidə döyüşəcəyi və döyüşün dörd raunddan ibarət olacağı məlumdur. Yəqin ki, ona qarşı rusiyalı boksçulardan biri çıxacaq və onun adı hələ açıqlanmır.

Eyni zamanda proqramın əsasını WBO Latino kəməri uğrunda braziliyalı Luiziano Torres və peşəkar rinqdə ilk mükafatını qazanmağa çox yaxın olan Əli İsmayılov arasında görüş təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti