...

Bakıda bodibildinq üzrə dünya çempionatına hazırlıq məsələsi Praqada müzakirə ediləcək

Cəmiyyət Materials 3 Fevral 2007 11:30 (UTC +04:00)

Bakıda bodibildinq, bodifitnes və qarışıq partiyalar üzrə Avropa çempionatına hazırlıq fevralın 3-də Paraqada keçiriləcək Avropa Federasiyası Konqresinin işində əsas məsələlərdən biri olacaq. Trend xəbər verir ki, Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyev Çexiyada hesabatla çıxış edəcək, Azərbaycana aid təqdimat roliki təqdim edəcək. O, konqresdə təşkilat rəhbəri, Avro-2007-nin təşkili ilə bağlı mübarizədə Bakının namizədliyini ilk dəstəkləyən Rafael Santoxinin şəxsi dəvəti ilə iştirak edir.

Qeyd etmək lazımdır ki, paytaxtımız bir dəfə artıq qitə birinciliyini qəbul edib və may ayı üçün nəzərdə tutulan yarış sayca ikinci olacaq.

Xəbər lenti

Xəbər lenti