...

DAK sədri: "Stokholm şəhərində Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar mitinq keçirəcəyik"

Cəmiyyət Materials 12 Fevral 2007 13:01 (UTC +04:00)

Fevralın 24-də saat 15.00-dan 17.00-dək İsveçin paytaxtı Stokholm şəhərində Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək. Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti məlumat verib.

"Təcavüzkar Ermənistanın işğalçı siyasətinə, bəşəriyyətə qarşı törədilmiş bu soyqırıma etiraz olaraq İsveçin paytaxtı Stokkholm şəhərinin "Sergels Torg" meydanında aksiya keçiriləcək. Bu tədbirin icazəli olmasına çalışacağıq"-deyə DAK sədri məlumat verib.

Mitinqin əsas təşkilatçıları Güney Azərbaycan Konqresi və Dünya Azərbaycanlıları Konqresidir.

Xəbər lenti

Xəbər lenti