Fevralın 20-də Gürcüstanın ekologiya naziri David Teşiaşvili Bakıya işgüzar səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bakıya birgünlük səfəri zamanı Gürcüstanın idarə başçısı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşəcək.
"Bu, işgüzar səfərdir və səfər çərçivəsində nazirlər əməkdaşlıq perspektivlərini, birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəklər", - deyə nazirlikdən bildirilib.
Gürcüstan nazirinin ölkə hökumətində də görüşlər keçirəcəyi istisna olunmur.