...

İstanbulda Xocalı soyqırımının 15 illiyi ilə bağlı mitinq keçirilib

Cəmiyyət Materials 26 Fevral 2007 12:31 (UTC +04:00)
Azərbaycan, Bakı / müxbir S.İlhamqızı/ Xocalı soyqırımı ilə bağlı Türkiyənin İstanbul şəhərində quzey və güney azərbaycanlıları mitinq keçiriblər. Mitinqdə 3 minə yaxın insan iştirak edib, Azərbaycanın bayrağı dalğalandırılıb. Aksiyada "Ya Qarabağ, ya ölüm, basqa yolu yox artıq", "Erməni şaşırma, səbrimizi daşirma", "Qatil Kocaryan hesab verəcək", "İşğalçı erməni Qarabağdan dəf ol!", "Türkiyə uyuma, Qarabağı unutma!", "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarlar səsləndirilib. Mitinqdən sonra min nəfərə yaxın insanın iştirakı ilə Xocalı soyqırımına aid konfrans keçirilib. Bu konfransda ermənilərin törətdiyi soyqırıma aid film nümayiş etdirilib. Toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaş, Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlu, Milliyyətçi Hərəkat Partiyasından keçmiş millət vəkili Mehmet Gül, keçmiş səfir Bilal Dundar, Ağ Partiyadan millət vəkili Nevzad Taş, professorlar Aygün Attar, Mehmet Saray və Azərbaycanın İstanbuldakı Baş Konsulu Səyyad Salahlı və digərləri çıxış ediblər. Tədbirlərin sonunda BMT-nin baş katibinə müraciət ünvanlanıb, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması, Xocalı soyqırımını törədənlərin beynəlxalq məhkəmələrdə ittiham olunması tələb edilib.

Xəbər lenti

Xəbər lenti