...

Bodybilding üzrə Avro-2007-də iştirak etmək üçün Avstriya da iştirak ərizəsini Bakıya göndərdi

Cəmiyyət Materials 28 Fevral 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend Z.Səfərov/ Mayın əvvəli Bakıda keçiriləcək bodybilding, bodyfitnes və qarışıq cütlüklər üzrə Avropa çempionatında iştirak etmək istəyən güclü iştirakçı ölkələrin sayı hər gün artır.

Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə Hollandiya iştirak ərizəsini göndərdikdən sonra Avstriya təmsilçiləri də müvafiq sənədi göndəriblər.

"Biz iki istiqamətdə işələyirik, bir tərəfədən yığmanı çıxışa hazırlayırıq, digər tərəfdən isə təşkilati işlərlə məşğul oluruq. Nəzərə almaq lazımdır ki, əvvəllər biz ancaq kişilər arasında bodybilding üzrə qitə birinciliyini keçirirdiksə, hazırda bura digər nominasiyalar - bodyfitnes və qarışıq cütlüklər üzrə yarışlar da əlavə olunub. Bizim müəyyən təcrübəmiz var və hesab edirəm ki, təşkilati məsəsləlrdə çətinlik olmayacaq",-deyə Rauf Bünyadəliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti