...

Azərbaycan ərazisində temperatur rejiminin yüksəlməsi çaylarda sululuğu artıracaq

Cəmiyyət Materials 1 Mart 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/ Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində temperatur rejiminin qismən yüksəlməsi çaylarda sululuğu artıracaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun bai hidroloqu Asif Verdiyev məlumat verib. A.Verdiyev bildirib ki, əsasən dağlarda qarların əriməsi çaylarda sululuğun səviyyəsinə təsir edəcək. Ən çox sululuq isə Lənkəran və Astara çaylarında qeydə alınacaq. Baş hidroloqun sözlərinə görə, sululuğun artması iri çaylrda, o cümlədən Kür və Arazda daşqın təhlükəsi yaratmayacaq.

Qeyd edək ki, Azərbaycanda 8500-ə yaxın iri və xırda çay mövcuddur.

Xəbər lenti

Xəbər lenti