...

Azərbaycan və Rusiyanın ali təhsil müəssisələri müəllimlərin mübadiləsini həyata keçirəcəklər

Cəmiyyət Materials 2 Mart 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / müxbir S.Ağayeva/ Bakı Slavyan Universiteti (BSU) və Rusiyanın bir neçə ali təhsil müəssisəsi müəllimlərin mübadiləsini həyata keçirəcəklər. Bu təşəbbüslə Rusiyanın elm və təhsil naziri Andrey Fursenko BSU-nun kollektivi ilə görüşündə çıxış edib. Görüşdə həmçinin təhsil, tələbə mübadiləsi proqramları, Azərbaycan ali təhsil müəssisələrinin elmi ədəbiyyatla təchizi barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nazir Andrey Fursenko azərbaycanlı həmkarı ilə nazirliklər arasında təhsil sahəsində əməkdaşlıq üzrə protokol imzalayıb.

Tərəflər həmçinin informasiya mübadiləsi, diplomların qarşılıqlı tanınması və Azərbaycanda fəaliyyət göstərən Kusiya ali təhsil müəssisələri ilə bağlı məsələləri də müzakirə ediblər.

Səfər zamanı Andrey Fursenko Azərbaycanın bir neçə ali təhsil müəssisəndə olacaq.

Xəbər lenti

Xəbər lenti