...

Gəncənin Şəmkir istiqamətindən girişində yeni ticarət və istirahət mərkəzi salınır.

Cəmiyyət Materials 2 Mart 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend /müxbir V.Məmmədov/ Gəncənin Şəmkir istiqamətindən girişində yeni ticarət və istirahət mərkəzi salınır. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.

E.Əzizovun sözlərinə görə artıq yeni mərkəzin salınması üçün şəhərin ərazi bölgüsünə Xanlar rayonunun ərazisindən 100 hektar torpaq sahəsi də salınıb. "Gəncədə olan inkişafı genişləndirmək fikrindəyik. Bu məqsədlə Gəncə Hava Limanına gedən yolun sağ və sol tərəflərində müasir üslubda binaların tikilməsi planlaşdırılır. Burada istirahət güşələri, satış mağazaları, supermarketlər, uşaqlar üçün əyləncə obyektlərinin inşası nəzərdə tutulub",-deyən şəhər rəhbəri qeyd edib ki, tikililər müasir inşaat materialları ilə inşa olunacaq. Bundan başqa həmin ərazidə hündürmərtəbəli binalar da tikiləcək.

"Yeni ərazidə tikiləcək binalar müasir modern üslubda olmalıdır. Onlar əsasən də alkapon, sendviç panel və dəmir konstruksiyalardan ibarət olacaq. Bu Gəncəyə xüsusi görkəm gətirəcək. Onu da bildirim ki, artıq bir neçə iş adamı yeni ərazidə hündürmərtəbəli bina tikmək üçün bizə müraciət edib və biz onlara icazə vermişik",-deyə E. Əzizov bildirib.

Xəbər lenti

Xəbər lenti