...

Gürcüstanın sərhədyanı L-TV teleşirkəti Azərbaycanda yayımlanmaq istəyir

Cəmiyyət Materials 3 Mart 2007 13:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend N.Kirtsxalia/Laqodexinin (Kaxeti rayonunun Azərbaycanla həmsərhəd rayonu) L-TV teleşirkəti Azərbaycan ərazisində yayımlanmağı planlaşdırır.

Trend in xüsusi müxbirinə L-TV-nin direktoru Lali Xubulavanın bildirdiyinə görə, L-TV ötürücüsünün gücləndirilməsi planlaşdırılıb və bunun da nəticəsində telekanalın siqnalı Azərbaycan ərazisində, tarixi Sangilo regionunda yayılacaq.

"Sangiloda yaşayan gürcü əhalisi həmsərhəd Laqodexi rayonu ilə əlaqə saxlayır və təbii ki, onun üçün L-TV-də nümayiş olunan informasiya verilişləri maraqlı olacaq", deyə Lali Xubulava qeyd edib.

L-TV-nin yayımlanması Kaxeti regionunun müəyyən ərazisini əhatə edəcək. Telekanal hər gün yerli xəbərləri işıqlandırır.

Xəbər lenti

Xəbər lenti