...

Azərbaycanın DİN və Vəkillər Kollegiyasında vakant yerlərə imtahanların nəticələri elan olunub

Cəmiyyət Materials 5 Mart 2007 11:13 (UTC +04:00)
Azərbaycanın DİN-də vakant yerlərə keçirilən imtahanların ikinci mərhələsinə 38 nəfər keçib, 290 namizəd isə Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə müsabiqənin ikinci mərhələsində iştirak edəcək.

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/

Azərbaycanın DİN-də vakant yerlərə keçirilən imtahanların ikinci mərhələsinə 38 nəfər keçib, 290 namizəd isə Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyünə müsabiqənin ikinci mərhələsində iştirak edəcək. İmtahanlar Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilib.

Dövlət Komissiyasından verilən məlumata görə, Vəkillər Kollegiyasının üzvlüyünə keçirilən imtahanlarda 441 namizəd, DİN-ə işə qəbul üçün keçirilən imtahanlarda isə 72 namizəd iştirak edib. DİN-də vakant yerlərə imtahanlarda maksimal bal mümkün olan 100 baldan 65 bal, Vəkillər Kollegiyasının üzvlüyünə keçirilən müsabiqədə namizədlərə 50 bal toplamaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti