...

Həmkarlar Konfederasiyasının sədri: "Xarici şirkətlərdə çalışanların əmək hüquqları pozulur"

Cəmiyyət Materials 6 Mart 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə həmkarlar təşkilatlarının yaradılması problemə çevrilib və şirkətlərin rəhbərliyi buna imkan vermir. Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev bildirib ki, xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmaması işçilərin əmək hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır.

"Həmin şirkətlər istədikləri vaxt işçiləri işdən azad edirlər. Onlarla bağlanın müqavilələr heç bir şeyə yaramır. Bunun qarşısını yalnız həmkarlar təşkilatları ala bilər. Ona görə də xarici şirkətlər belə təşkilatların yaranmasına imkan vermirlər", -deyə o əlavə edib.

S.Mehbalıyev vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Həmkarlar Konfederasiyası bir müddət əvvəl xarici şirkətlərdən birində yoxlama aparıblar. Məlum olub ki, orada çalışanların 51 faizi xarici, 49 faizi isə yerli işçilərdir: "Bu isə qanunvericiliyin pozulması deməkdir. Bununla bağlı ARDNŞ prezidentinə məktubla müraciət edəcəyik. Çalışmaq lazımdır ki, bunun qarşısı alınsın və xarici şirkətlərlə müqavilələr imzalanan zaman bu məsələlər öz əksini tapsın."

Xəbər lenti

Xəbər lenti