Azərbaycan, Bakı /müxbir. Trend . İ.Şəkinski/ Anna Qurbanovanın "Ardor" Azərbaycan gimnastika komandası Turində keçirilən İtaliya klublar çempionatının "A1" seriyasının finalında 3-cü yeri tutub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, sapma ilə çıxış edən Anna 16,75 bal toplayıb, bu isə komandada ən yüksək nəticə olub və bu formada onu rəqibləri arasında ikinci edib. Toppuzla məşqdə isə o, 15,725 bal alıb, bütünlükdə klub 78,275 xal toplayıb.
"İtaliya çempionatında 3-cü yeri tutmaq da şərəflidir, xüsusilə də buradakı rəqabəti nəzərə alaraq. Mən öz çıxışımdan razıyam, komandaya birinci sətrə çatmaq üçün cəmi 2 bal çatmadı", - deyə mükafatlandırılmadan sonra Qurbanova qeyd edib.
Digər Azərbaycan gimnastı Aliyə Qarayevanın "San-Corcio-79" klubu isə bu dəfə 6-cı olub. Aliyənin lentlərinin bəzəyi komandada ikinci göstərici olaraq 15,05 balla qiymətləndərilib, qurşaqla rəqsdə isə o, 14,875 xal tonlayıb. Onun heyətinin ümumi yekunu isə 74,3 baldır.
Birinci və ikinci yerləri İrina Risenso (İsrail) və ukraynalı Anna Bessonovanın cavabdeh olduqları "Avrora" və "Virtus Qallarate" komandaları tutub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti eyni zamanda qeyd edir ki , Qurbanova, Qarayeva, həmçinin Dinarə Qimətova bu il ilk dəfə olaraq martın 16-18-də Kiyevdə keçiriləcək Dünya Kuboku yarışında iştirak edəcək. Ölkənin daha bir gimnastı Zeynəb Cavadlı yenidən Moskvaətrafı Novoqorskda Olimpiya hazırlıq Mərkəzinə, təlim-məşq yığmasına hazırlıq üçün yola düşəcək.
Eyni zamanda Azərbaycanın cavan yığması Bakıda Rusiya məşqçisi İnna Bıstrovanın keçirdiyi qrup məşqlərini bitirib.
Ölkənin böyük qruplarına gəldikdə isə, Rusiyadan quruluşçu məşqçi İrina Zenovka gələcək. O, Yunanıstanda keçiriləcək beynəlxalq turnir astanasında komandanın kompozisiyalarına baxacaq.