...

Əfv Komissiyasının hazırladığı siyahı həftə ərzində Azərbaycan prezidentinə təqdim olunacaq

Cəmiyyət Materials 13 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün siyahı tam şəkildə hazırlanmaq ərəfəsindədir. Həftə ərzində tam siyahı Azərbaycan prezidentinə təqdim olunacaq. Bu barədə Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev məlumat verib.

Onun sözlərinə görə, son bir neçə gündə komissiya intensiv iclaslarını keçirib və daxil olan müraciətlərin hamısına baxıb. Novruz bayramı ərəfəsində növbəti əfv fərmanının imzalanmasına gəlincə, Quliyev bunun prezidentin səlahiyyətinə aid olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti