...

Futbol üzrə Azərbaycan və Ermənistan yığmaları Ukraynada görüşəcək

Cəmiyyət Materials 15 Mart 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Avropa-2008 çempionatında Azərbaycan və Ermənistan arasında keçiriləcək seçmə oyunlardan biri Ukraynada keçiriləcək.

"Sport- Espress"ə istinadən Trend in verdiyi məlumata görə, hər iki ölkənin Federasiyası belə razılaşıblar ki, sentyabrın 12-də görüşü neytral ərazidə keçirsinlər. "Əgər UEFA ölkələri etiraz etməsələr, görüş Ukraynada keçiriləcək. AFFA prezidenti Qriqori Surkis ilkin razılığını ibildirib, mətbuat-xidməti isə dəqiqləşdirib ki, görüş Ukrayna yığmasının İtaliya komandasını qəbul edəcəyi Kiyevdə yox, Donetsk və ya Odessada keçiriləcək".

Eyni zamanda "A" qrupunda Portuqaliya, Finlandiya, Qazaxıstan və Polşa dəstələri ilə yığmalar arasında olacaq ikinci oyunun keçiriləcəyi yer isə hələlik naməlum qalır.

Xəbər lenti

Xəbər lenti