...

Sankt-Peterburq Milli Kitabxanası ilə Azərbaycan Dövlət Kitabxanası arasında əməkdaşlıq sazişi bağlanacaq

Cəmiyyət Materials 15 Mart 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov martın 15-də Rusiya Milli Kitabxanasının direktoru V.Zaytsev və beynəlxalq əlaqələr şöbəsinin müdiri A.Asvaturovla görüş keçirib. Bu barədə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Görüşdə Sankt-Peterburq Milli Kitabxanası ilə Azərbaycan Dövlət Kitabxanası arasında əməkdaşlıq üzrə saziş bağlanması, həmçinin Sankt-Peterburq Kitabxanasında Azərbaycan nəşrləri bölməsinin açılması məsələləri müzakirə olunub.

V.Zaytsev bildirib ki, SSRİ dağıldıqdan sonra, 1991-ci ildən etibarən Rusiya Milli Kitabxanasına rəsmi şəkildə Azərbaycan nəşrləri daxil olmayıb. Həmçinin gömrük sahəsindəki probemlər də ölkələr arasında kitab mübadiləsinə əngəllər törədib. Görüş zamanı baş konsul kitabxanaya Azərbaycanın eks-prezidenti Heydər Əliyevin həyatı haqqında, müasir Azərbaycanın ictimai həyatına dair, Xocalı soyqırımı barədə və dahi şair Nizami Gəncəvinin Ukrayna dilinə tərcümə olunmuş silsilə şerlər kitabını hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti