...

Gəncədə pulsuz səhiyyə günlərində 538 nəfər müayinə olunub

Cəmiyyət Materials 19 Mart 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin Poçt qəsəbəsində keçirilən pulsuz səhiyyə günündə 538 nəfər tibbi müayinədən keçib. Bu barədə məlumatı Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev verib.

Onun sözlərinə görə, qəsəbədə yerləşən 37 saylı orta məktəbdə təşkil olunan pulsuz səhiyyə günündə müxtəlif analiz və müayinələr aparılıb. Rəis müavini qeyd etdi ki, müraciət edənlərdən 98 nəfəri azyaşlı uşaq, 220 nəfəri yaşlılar, qalanları isə orta yaş təbəqəsinin nümayəndələri olub. Müraciət edənlərdən 133 nəfəri rentgen müyainəsindən, 35-i ultrasəs müayinəsindən, 25-i isə elektrokardioqram müayinəsindən keçib. 48 nəfərdən isə labarator analizlər götürülüb. Bundan başqa, müxtəlif sahələr üzrə həkimlər də əhaliyə pulsuz səhiyyə xidməti göstəriblər.

Zərbəliyevin bildirdiyinə görə, bu kimi tədbirlər idarənin illik iş planına salınıb və mütəmadi olaraq belə pulsuz səhiyyə günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti