...

Sabiq iqtisadi inkişaf naziri cinayət işinin materialları ilə tanışlıqdan imtina edib

Cəmiyyət Materials 30 Mart 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq iqtisadi inkişag naziri Fərhad Əliyev və vəkilləri cinayət işinin materialları ilə tanışlıqdan imtina edib. Bu barədə Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin bu gün keçirilən iclasında sabiq nazirin vəkilləri məlumat verib. Əliyev bunu tanışlıq üçün az vaxt verilməsi ilə izah edib. Vəkillər bildirirlər ki, Fərhad Əliyevə istintaq materialları tanış olmaq üçün yalnız aprelin 12-nə qədər vaxt verilib. Onların fikrincə, həmin vaxta qədər 239 səhifəlik işlə tanış olmaq mümkün deyil. Həmçinin Əliyevin vəkilləri bir neçə məsələ ilə bağlı Baş Prokurorluğa vəsatət verib. Hələlik onların vəsatətləri ilə bağlı qərar qəbul olunmayıb.

Sabiq nazirin Hüquqlarını Müdafiə Komitəsinin sədri millət vəkili Cəmil Həsənli bildirib ki, Əliyev qardaşlarının həbsi siyasi motivlidir. Onun sözlərinə görə, cinayət işinin dövlət çevrilişinə cəhdlə bağlı hissəsi martın 5-də digər ittihamlardan ayrılıb. Əliyev qardaşlarına və 10-dan artıq təqsirləndirilənə dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.

Baş Prokurorluq isə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin istintaqının davam etdirildiyini və bu ittiham üzrə məhkəmə prosesinin ayrıca keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti