...

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramı institusional yardım inkişaf layihəsinin ikinci mərhələsinin başlanması haqqında sənəd imzalayıb

Cəmiyyət Materials 2 Aprel 2007 14:05 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİK) bazar ertəsi "İnstitusional yardım" layihəsinin ikinci mərhələsinin başlanması haqqında sənəd imzalayıb. Layihə daxili turizmin inkişafı yolu ilə Azərbaycanda yoxsulluğun azaldılmasına istiqamətlənib. İki il üçün nəzərdə tutulan layihə ölkənin regionlarında - Gəncə, Naxçıvan, Lənkəran və Qubada turizm üzrə dörd informasiya mərkəzinin -institutların açılışını nəzərdə tutur.

Sənədin imzalanma mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bildirdiyinə görə, layihə nazirlik (80%) və BMTİK tərəfindən (20%) maliyyələşdiriləcək. Nazir hesab edir ki, regionlarda turzim üzrə informasiya mərkəzlərinin açılışı bu rayonlarda əhalinin məşğulluğu üçün yaxşı imkanlar yaradacaq, onların sosial həyat səviyyəsini yaxşılaşdıracaq.

Azərbaycanın dünyanın turist mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli imkanları var, deyə BMTİP-nin Azərbaycandakı rezident-koordinatoru Bruno Pueza qeyd edib. Ölkənin coğrafi mövqeyi Azərbaycanı turistəlr üçün cəlbedici edir, deyə diplomat vurğulayıb. Rezident-koordinatorun sözlərinə görə, BMTİP bundan sonra da Azərbaycanın turizm sahəsinin inkişafı üçün yardım göstərəcək.

Xəbər lenti

Xəbər lenti