Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Aprelin 1-dən etibarən Rusiyada xarici vətəndaşların ticarətlə məşğul olmasının dayandırılması ilə əlaqədar Moskvada yaşayan azərbaycanlılardan şikayətlər daxil olmayıb. Bu barədə Ümurusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri, azərbaycanlılara hüquqi yardım məqsədilə yaradılmış qərargahın rəhbəri İlqar Hacıyev məlumat verib.
O bildirib ki, son üç gün ərzində qərargaha ciddi problemlərlə əlaqədar şikayətlər gəlməyib. Hacıyevin sözlərinə görə, Moskvada ticarətlə məşğul olan azərbaycanlılar
öz kiçik müəssisələrini yaradır, Rusiya vətəndaşı olan satıcılar tutur, özləri isə işə kənardan nəzarət edirlər.
Hacıyev onu da deyib ki, miqrantların hüquqi statusu ilə bağlı yeni qanun qüvvəyə mindikdən sonra bazarlarda qiymətlər bahalaşıb və bu da yerli əhalinin narazılığına səbəb olur.