...

Türkiyənin ətraf mühitin mühafizəsi naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 4 Aprel 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Türkiyənin ətraf mühitin mühafizəsi (çevrə və orman bakanı) naziri Osman Pepe aprelin 6-da Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyəli nazir səfər çərçivəsində Bakıda keçiriləcək Beynəlxalq Ətraf Mühitinin Mühafizəsi Layihəsi Olimpiadasında iştirak edəcək. Bakan azərbaycanlı həmkarı Hüseyn Bağırovla da görüşəcək. Səfər çərçivəsində hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti