...

Mirzə Sakitin apellyasiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 5 Aprel 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidovun (Mirzə Sakit) barəsindəki məhkəmə hökmündən verilən kassasiya şikayətinə aprelin 24-də hakim Nəriman Hüseynovun sədrliyi ilə baxılacaq. Bu barədə Trend ə cümə axşamı vəkil Vüqar Xasayev məlumat verib. Xasayev bildirib ki, Sakitin prosesdə iştirakı üçün məhkəməyə vəsatət verib.

Sakit Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi isə onun səhhəti ilə bağlı ciddi problemləri yarandığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti